Polşa Avropanın ən güclü ordusunu qurmaq istəyir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumaat görə, Polşanın baş naziri Mateusz Morawiecki Avropanın ən güclü ordusunu qurmaq üçün Amerika müdafiə sənayesi ilə əməkdaşlıq etmək istədiklərini açıqlayıb.
ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi danışıqlar üçün Vaşinqtonda səfərdə olan Polşanın baş naziri Morawiecki ilə Ağ Evdə birgə mətbuat konfransı keçirib.
Rusiya-Ukrayna müharibəsi çərçivəsində Polşanın Ukraynaya dəstək verməsi, ukraynalı qaçqınlara ev sahibliyi etməsi və NATO-nun şərq cinahını müdafiə etməsinin əhəmiyyətinə işarə edən Harris ABŞ ilə Polşa arasında əlaqələrin güclü olduğunu bildirib.
“Polşa dəyərli müttəfiq, tərəfdaş və dostdur. Bizim [Polşa ilə] ortaq prioritetlərə və dəyərlərə əsaslanan davamlı əlaqələrimiz var”, – Harris deyib.