Polşa dəmir yollarını 400 hərbçi QORUYACAQbackend

Polşa dəmir yollarını 400 hərbçi QORUYACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa dəmir yolu infrastrukturunun mühafizəsi üçün 400 hərbçi göndərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.

Nazirin sözlərinə görə, son günlər dəmir yollarına qarşı sabotaj cəhdlərinin artması təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edib.

Bu çərçivədə 400 nəfərlik hərbi kontingent strateji dəmir yolu xətləri və obyektlərinin mühafizəsinə cəlb olunacaq.

Kosinyak-Kamış qeyd edib ki, Polşa infrastrukturu “kritik əhəmiyyət daşıyır” və hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.

Xuraman Etibarlı

İnterpress.az