Polşa prezidenti Duda: Baş nazirliyə iki ciddi namizədimiz varbackend

Polşa prezidenti Duda: Baş nazirliyə iki ciddi namizədimiz var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Anjey Duda yeni hökumətin qurulması üçün məsləhətləşmələrin aparıldığını və hazırkı baş nazir Mateusz Morawiecki və müxalifət lideri Donald Tuskun baş nazir postuna iki ciddi namizəd olduğunu bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Oktyabrın 24-25-də siyasi partiyalarla məsləhətləşmələrdən sonra açıqlama verən Duda səmimi mühitə görə təşəkkür edib.

Duda siyasi partiya nümayəndələrinin məsuliyyətli davrandıqlarını bildirib: “Bu gün baş nazir postuna iki ciddi namizədimiz var. Birləşmiş Sağçılar onların namizədinin Mateuş Moraviçki olduğunu açıqladı. Onlar parlamentdə çoxluğa sahib olacaqlarını güman edirlər. Eşitdim. Vətəndaş Koalisiyası, Üçüncü Yol və Sol Partiyadan da bənzər bir mesaj, onların namizədi Donald Tusk”.

Hazırkı hökumətin səlahiyyət müddətinin davam etdiyini vurğulayan Duda qeyd edib: “Bütün parlament qüvvələrinin nümayəndələrinə bildirdim ki, bu müddətin qısaldılmasına ehtiyac görmürəm. Yeni parlamentin ilk iclası üçün müəyyən etdiyim müvəqqəti tarix noyabrdır. Mən bu görüşlərdə iştirak edən hər kəsi əmin etdim ki, bütün konstitusiya müddətlərinə və normalarına riayət olunacaq”.

Polşada oktyabrın 15-də keçirilən seçkinin nəticələrinə görə, hakim Hüquq və Ədalət Partiyası (PİS) 35,38 faiz səslə birinci olub.

PIS-i 30,70 faizlə Tuskun rəhbərlik etdiyi əsas müxalifət bloku olan Vətəndaş Koalisiyası, daha sonra isə 14,4 faizlə Üçüncü Yol Alyansı izlədi. Yeni Sol Partiyası 8,61 faiz, ifrat sağçı Konfederasiya Partiyası isə 7,16 faiz səs toplayıb.

Ölkədə seçki baryeri partiyalar üçün 5 faiz, ittifaqlar üçün isə 8 faizdir.

PİS birinci gəlsə də, Parlamentdə çoxluğunu itirib. Bu halda üç müxalifət partiyasının Parlamentdə çoxluq üçün koalisiya quracağı gözlənilir.