Polşa Qdanskdakı sonuncu Rusiya konsulluğunu bağlayır.
İnterpress.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski açıqlama verib. Polşa hökuməti dəmir yolunda baş vermiş diversiyaya cavab olaraq ölkədəki son Rusiya konsulluğunu bağlamaq qərarına gəlib.
Nazir bildirib ki, Qdanskda fəaliyyət göstərən Rusiya konsulluğunun işinə verilmiş razılıq geri götürülür:
“Bu, tam cavabımız olmasa da, mən ölkədəki son rus konsulluğunun fəaliyyətinə razılığımı geri çağırmaq qərarını verdim”.
Sikorski əlavə edib ki, yaxın saatlarda Rusiya tərəfinə rəsmi nota göndərilərək qərar barədə məlumat veriləcək.
Xuraman Etibarlı
İnterpress.az






