Polşa Ukraynadan taxıl idxalını məhdudlaşdıracaqbackend

Polşa Ukraynadan taxıl idxalını məhdudlaşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Mateusz Morawiecki Ukrayna taxılının Polşaya girişini məhdudlaşdıran qaydalar tətbiq etməyi planlaşdırdığını bildirib.

Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.

Polşa Baş naziri Mateusz Morawiecki, Baş Nazirlikdə etdiyi şərhdə, ölkənin kənd təsərrüfatı sektoru ilə bağlı bəzi problemlərdən xəbərdar olduqlarını ifadə etdi.

Ölkədəki taxıl problemi ilə bağlı Polşanın Kənd Təsərrüfatı naziri Henryk Kowalczyk ilə görüşdüyünü ifadə edən Morawiecki, “Ukrayna taxılının ölkəmizə təsirini məhdudlaşdırmaq üçün Kovalçikə Polşada yığılan taxılı göndərib satmağı tapşırdım. Afrikaya və ya Yaxın Şərqə”. ifadəsini işlətdi.

Ukraynadan gələn, lakin anbarlarda qalan taxılın Polşa bazarında sabitliyi pozduğunu vurğulayan Morawiecki, Ukrayna taxılının Polşaya girişini məhdudlaşdıran qaydalar tətbiq etməyi planlaşdırdıqlarını vurğuladı.

Polşadan Aİ-yə “taxıl”la bağlı tənqidlər gəldi

Polşanın baş naziri Morawiecki bundan əvvəl Avropa İttifaqını (Aİ) Ukraynadan idxal olunan taxılın Yaxın Şərq və Afrika ölkələrinə göndərilməsi vədinə əməl etmədiyi üçün tənqid etmişdi.

Ukraynadan gətirilən taxılın bir hissəsi Ukraynaya qonşu ölkələrdə, o cümlədən Polşada qalır və fermerlər anbarların dolu olması və qiymətlərin düşməsi səbəbindən taxıllarını satmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər.