Polşa və Macarıstan yerli məhsullarını qorumaq üçün Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını qadağan edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı qərara reaksiya verib.
Aİ Komissiyasının kənd təsərrüfatı və ticarətdən məsul sözçüsü Miriam Qarsia Ferrer “birtərəfli hərəkətlərin qəbuledilməz olduğunu” açıqlayıb.
Polşa və Macarıstanın qadağa ilə bağlı açıqlamalarını yaxından izlədiklərini deyən Ferrer bildirib: “Ticarət siyasəti AB-nin xüsusi səlahiyyətindədir. Bu səbəbdən birtərəfli hərəkətlər qəbuledilməzdir”.
Ferrer söyləyib ki, çətin anlarda Aİ daxilində bütün qərarların əlaqələndirilməsi və uyğunlaşdırılması çox vacibdir.