Polşada Gürcüstan vətəndaşı qətlə yetirilibbackend

Polşada Gürcüstan vətəndaşı qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini olan 40 yaşlı şəxs qətlə yetirilib. 

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də baş verib.

Bildirilib ki, bu yaxınlarda Gürcüstan vətəndaşı olan şəxs avtomobil gətirmək üçün Polşaya gedib.

Qətlin hansı əsasla və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.