Polşada meşədə tapılan hərbi təyyarənin qalıqları araşdırılırbackend

Polşada meşədə tapılan hərbi təyyarənin qalıqları araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro bildirib ki, prokurorlar və təhlükəsizlik işçiləri ölkənin mərkəzindəki meşəlik ərazidə hərbi təyyarənin qalıqlarını araşdırır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ziobro deyib ki, qalıqlar paytaxt Varşavadan təxminən 270 kilometr şimal-qərbdə yerləşən Bydgoszcz şəhəri yaxınlığındakı Zamosc qəsəbəsində tapılıb.

Qalıqların bölgə sakinləri üçün təhlükə yaratmadığını deyən Ziobro, Qdansk şəhəri üzrə vilayət prokurorluğunun hərbi idarəsinin araşdırma apardığını, ekspertlər, polis və kəşfiyyatçıların da hadisəyə cəlb edildiyini bildirib.

Səlahiyyətlilər hansı avadanlıqların tapıldığı barədə təfərrüatları açıqlamayıblar.