Pompeydə qazıntılar zamanı insan qalıqları tapılıbbackend

Pompeydə qazıntılar zamanı insan qalıqları tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın qədim Pompey şəhərində aparılan qazıntılar zamanı eramızın 79-cu ildə Vezuvi dağında baş verən böyük partlayışda öldüyü təsbit edilən 3 nəfərin qalıqları tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Eramızın 79-cu ildə Vezuvidə baş vermiş böyük partlayışda ölən 3 nəfərin qalıqlarının Pompeydə davam edən qazıntılar zamanı tapıldığı və bunların arxeoloji tapıntılar olduğu bildirilib.

Sözügedən skelet qalıqlarının böyük partlayışdan sonra lava, kül və torpaq qatları altında qalan qədim Pompey şəhərindəki hadisə zamanı sobaya sığınan iki qadın və 3-4 yaşlı uşağa aid olduğu açıqlanıb.

Bildirilib ki, arxeoloqlar Pompeydə mifoloji səhnələri ehtiva edən iki freska divar tapıblar.

Mədəniyyət naziri Gennaro Sangiuliano və Pompey Qədim Şəhərinin direktoru Qabriel Zuchtriegel son tapıntıların müəyyənləşdirilməsi ilə bağlı verdikləri açıqlamada qazıntı qrupunun işlərinə görə təşəkkür ediblər.

Neapol yaxınlığında yerləşən qədim Pompey şəhəri İtaliyada hər il minlərlə turistin ziyarət etdiyi yerlərdən biridir.