Prezidentdən Elmira Axundova ilə bağlı SƏRƏNCAMbackend

Prezidentdən Elmira Axundova ilə bağlı SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, sabah E.Axundovanın 70 yaşı tamam olur. O, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. Daha əvvəllər isə Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub.