Professor: “Uğursuz cərrahi əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət edilməlidir”backend

Professor: “Uğursuz cərrahi əməliyyatdan narazı qalanlar Səhiyyə Nazirliyinə müraciət edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uğursuz cərrahi əməliyyatdan narazı qalan vətəndaşlar bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir”. bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev bildirib.

“Belə müraciətlərimiz var. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam”, – o qeyd edib.