Putin məni Gürcüstana gəlməyə qoymur – Saakaşvilibackend

Putin məni Gürcüstana gəlməyə qoymur – Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mixail Saakaşvili Moskvanı və Rusiya Prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl törətməkdə ittiham edib.

Mixail Saakaşvili Feysbuk səhifəsində bu barədə fikir bildirib.

Keçmiş prezidentin sözlərinə görə, Kremlin əsas qorxusu odur ki, Saakaşvili Gürcüstana qayıdacağı təqdirdə sürətli inkişaf şərtləri yaradacaq:

“Onlar üçün Gürcüstanda xaosun, iğtişaşların olması, gürcü xalqının yoxsuluq bataqlığında batması sərfəlidir. Mənə qarşı təşkil edilən bütün bu təqiblər birbaşa Putinin əmridir”.

Saakaşvili Gürcüstanın azad edilməsi uğrunda sona qədər mübarizə aparacağına söz verib.