Rusiyalı qız döymə və pirsinqə görə BƏƏ-dən deportasiya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Birləşmiş Ərəb Əmirliklərində rusiyalı qadın xarici görünüşünə görə saxlanılaraq ölkədən çıxarılıb.
O, 20 saatdan çox xüsusi otaqda saxlandıqdan sonra deportasiya olunub.
Hadisəyə qadının bədənindəki döymələr və pirsinqlərin yerli təhlükəsizlik orqanlarında “şübhə doğurması” səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






