Rusiyada qadın övladlığa götürdüyü uşağı işgəncələrlə qətlə yetirməkdə ittiham edilərək 24 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sverdlovsk vilayət məhkəməsi Yekaterinburq qəyyum Veronika Naumovanı 5 yaşlı uşağı qətlə yetirməkdə və işgəncə verməkdə ittiham edərək 24 il müddətinə azadlıqdan məhrum edib.
İstintaqın məlumatına görə, Naumova uşağı üç il döyüb, 2022-ci ilin dekabrında isə onu metal əşya ilə döydükdən sonra ayaqlarını lentlə bağlayıb, vannada boğub və meyiti gizlədib.
Bundan sonra o, hər şey haqqında susub və 119 min rubldan (təxm. 2 600 man,) çox uşağa görə ödəniş alıb.
Daleranın yoxa çıxması yalnız 2023-cü ilin iyununda məlum olub, 3 gün onu axtarıblar, uşağın meyiti qarajda idman çantasında tapılıb.
Xuraman Etibarlı
İnterpress.az