Qadın zorakılığına qarşı mübarizə ilə bağlı kampaniyaya başladılıb – VİDEObackend

Qadın zorakılığına qarşı mübarizə ilə bağlı kampaniyaya başladılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın zorakılığına qarşı mübarizə ilə bağlı kampaniyaya başladılıb.

İnterpress.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilib.

Kampaniya çərçivəsində hazırlanan “Susma!” sosial çarxı ilə Dövlət Komitəsi bir daha cəmiyyətə müraciət edib.

Kampaniyaya qoşulan Komitə nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri çağırış videosu ilə “Susmayaq! Zorakılıq zəncirini birlikdə qıraq!” şüarını səsləndiriblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edir.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.