Yekaterinburqda borclu gənc qadın icraçını tanışı sanaraq görüşə çağırıb və həbs olunub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərində qeyri-adi və gülünc həbs hadisəsi baş verib. İri həcmdə aliment borcuna görə axtarışda olan yerli sakin onun yerini təyin etmək üçün zəng edən qadın məhkəmə icraçısını rəfiqəsi sanaraq öz evinə görüşə dəvət edib və nəticədə rəsmən həbs olunub.
Məlumata görə, boşandıqdan sonra övladını keçmiş həyat yoldaşının yanında qoyan şəxs uzun illər ərzində heç bir yerdə işləməyib, spirtli içki qəbul edərək illərdir dəbdəbəli həyat sürüb
Bu müddətdə onun yığılıb qalan rəsmi aliment borcu 900 min rubla (təxminən 19 min manat) çatıb. Lakin qəfil telefon zəngi hər şeyi dəyişib.
Məhkəmə icraçısı onun gizləndiyi yeri müəyyən etmək və alimentini nə vaxt ödəyəcəyini öyrənmək üçün onunla əlaqə saxlayıb.
Borclu gənc ona zəng edən dövlət məmurunu tanışı “Marinoçka” hesab edərək telefonda ona komplimentlər yağdırmağa başlayıb.
O, dərhal öz dəqiq ev ünvanını, görüş vaxtını bildirib və hətta qadından görüşə gələrkən makiyaj etməməyi, çünki “təbii gözəlliyə” üstünlük verdiyini xüsusi xahiş edib.
Təyin olunmuş vaxtda deyilən ünvana gələn məhkəmə icraçıları gənc “romantik” borclunu dərhal həbs ediblər.
Xuraman Etibarlı
İnterpress.аz






