Qalın qaşları olan tanınmış yakut bloqer zorakı sevgilisindən qaçarkən pəncərədən yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yakutiyada ekstravaqant qaşları ilə məşhur olan bloqer Anjelika xəstəxanaya düşüb.
Onun sözlərinə görə, dostu ilə evdə oturduqdan sonra sevgilisi gözlənilmədən gəlib və qızın üstünə hücum edib.
Zərbələrdən sonra Anjelika huşunu itirməyə başladığını deyib. Özünü xilas etmək üçün ilk mərtəbənin pəncərəsindən qaçmağa cəhd edib.
Tələsik atılan addım ağır nəticələnib: o, beyin silkələnməsi və qırıq qabırğa ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






