Qanada avtobus və tankerin toqquşması nəticəsində 16 nəfər həlak olubbackend

Qanada avtobus və tankerin toqquşması nəticəsində 16 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın Mərkəzi əyalətində avtobusla yanacaq tankerinin toqquşması nəticəsində 16 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, mərkəzi əyalətin Qomoa Okyeko bölgəsində paytaxt Akkra ilə Keyp Sahili arasındakı yolda avtobus və tanker toqquşub.

Qəzada 16 nəfər ölüb, 40 nəfər yaralanıb.

Səlahiyyətlilər yaralıların müalicəsinin davam etdiyini, bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Avtobusun Qananın paytaxtı Akkraya getmək üçün Liberiyadan yola düşdüyü məlum olub.