Qanada hər saat bir insan antisanitar şəraitdən sonra yaranan xəstəliklərdən ölür.
İnterpress.az xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Qananın Su, Sanitariya və Gigiyena şöbəsinin rəhbəri Ramesh Bhusal açıqlamasında ölkədəki pis sanitar şəraitin ictimai sağlamlıq üçün ciddi risklər yaratdığını bildirib.
Qanada hər saat Su Kanalizasiyası və Gigiyenası (WASH) ilə bağlı qarşısı alına bilən xəstəliklərdən bir nəfərin öldüyünü qeyd edən Bhusal, ölkədə WASH xidmətlərinə üstünlük verilməsinin insanların həyatını xilas etməyə kömək edəcəyini vurğuladı.
Saharaaltı Afrikanın qlobal orta göstəricidən çox geridə qaldığını bildirən Bhusal: “Qanada sanitar vəziyyət çox pisdir, çünki əhalinin yalnız 25 faizi əsas xidmətlərə çıxışı var, təxminən 57 faizi kommunal ictimai obyektlərdən istifadə edir və 18 faizi defekasiya edir”.