Qanada mədəndə qanunsuz qızıl çıxaran mədənçilərdən 79-u xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qananın Aşanti əyalətində qızıl mədənində quyulardan birinin giriş nöqtəsi bağlandıqdan sonra orada qanunsuz işləyənlərdən 79-u çıxarılıb.
Onların səhhətinin yaxşı olduğu qeyd edilib.
AngloGold Mining Company şirkəti qanunsuz mədənçilərin təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq olduğunu bildirib.
Qeyd edək ki, mədəndə qanunsuz işlərin aparıldığına görə girişlərdən biri bağlandıqdan sonra 300-ə yaxın mədənçinin orada qaldığı ehtimal edilir.