Qantz Vaşinqtonda Blinkenlə GÖRÜŞDÜbackend

Qantz Vaşinqtonda Blinkenlə GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qantz Vaşinqtonda Blinkenlə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Qantzın X hesabında məlumat verilib. Bildirilir ki, İsrailin ləğv edilmiş dar hərbi kabinetinin keçmiş üzvü Benni Qantz Vaşinqtonda ABŞ dövlət katibi Blinkenlə görüşüb.

O qeyd edib ki, partiyası HƏMAS ilə razılığa gəlmək üçün İsrailin baş naziri Netanyahuya parlament dəstəyi verməyə hazırdır.

“HƏMAS-ın çərçivə sazişini qəbul etmədiyi bir neçə aydan sonra biz dünyanın Qəzzada mülki və hərbi təzyiqi artırmaqda İsrailə dəstək verməsini gözləyirik. Bu, ilk girov razılaşmasına səbəb olub və bu, HƏMAS-ın məğlubiyyətini sürətləndirəcək”, – Qantz deyib.

Xuraman Etibarlı

İnterpress.az