“Qarabağ”a vurulan qol ən yaxşı seçilə bilərbackend

“Qarabağ”a vurulan qol ən yaxşı seçilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Viktor Bonifasenin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qapısına vurduğu qol III turun ən yaxşısı seçilə bilər.

İnterpress.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı hücumçunun Leverkuzendə keçirilən görüşün 35-ci dəqiqəsindəki qolu bu mükafata 4 namizəddən biridir.

Həmçinin Lukas Paketa (“Vest Hem”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Eduardo Bovenin (“Roma”, İtaliya) vurduqları qollar da fərqləndirilib. Həftənin qolu UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Leverkuzendə keçirilən “Bayer 04” – “Qarabağ” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.