“Qarabağda söz sahibi Azərbaycandır, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir”backend

“Qarabağda söz sahibi Azərbaycandır, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda artıq söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər. Bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir. Bu paytaxtlardan gələn bəyanatlar da əslində “mövqe bildirmək”dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər. Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulduğu ərazinin əsas unikallığı Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının bu nöqtədə birləşməsidir: bu, separatçıların əlavə keçidlər tapmaq cəhdlərini də mənasız edir, çünki hara getsələr də, sonda Azərbaycan əsgərinin qılıncının altından keçməli olacaqlar”, – o əlavə edib.