Qarabağı könüllü tərk edərək Ermənistana köçən ermənilər Xarici İşlər Nazirliyinin yaxınlığında Paşinyanın partiyasının seçki proqramını yandırıblar.
İnterpress.az xəbər verir ki, Qarabağdan könüllü köçən bir qrup erməni Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.
“2021-ci ildə Ermənistan hakimiyyəti əhalinin gözünə toz tökmək və guya Qarabağın gələcəyindən narahat olduqlarını göstərmək üçün öz seçki proqramına bir sıra vədlər daxil edib.Sizin vədlər haradadır?
Bu proqram xalqın maraqlarına xidmət etmir, yalan danışmaq və hakimiyyətinizi saxlamaq üçün yaradılıb”, – Nare Simonyan bildirib.
Etirazçılar Xarici İşlər Nazirliyinin yaxınlığında “Mülki müqavilə 2021” seçki proqramını nümayişkaranə şəkildə yandırıblar.
Xuraman Etibarlı
İnterpress.az