“Qarabağın statusu müzakirə mövzusu deyil” – Rusiya prezidentinin köməkçisibackend

“Qarabağın statusu müzakirə mövzusu deyil” – Rusiya prezidentinin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının bəyanatında Qarabağın statusundan bəhs edilmir”.

İnterpress.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edir:

“Bu sənəddə Qarabağın statusu barədə məlumat verilmir. Biz indiki anda beynəlxalq hüququn bütün müvafiq əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, – deyə Peskov bəyan edib.

 

İnterpress.az