Qaradağda 6 ağac qanunsuz kəsilibbackend

Qaradağda 6 ağac qanunsuz kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində 6 ağac qanunsuz kəsilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda bu ilin aprel ayında 6 ağacın qanunsuz kəsildiyi müəyyən edilib və təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb: “Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib, yeni ağac kəsintisi faktı qeydə alınmayıb”.