Qazaxıstan 11 gündür itən helikopteri axtarır.
İnterpress.az xəbər verir ki, iyulun 26-da Sorbulak su anbarı yaxınlığında qalıqları aşkar edilən EC-145 helikopterinin Almatı vilayətində axtarışları davam edir. Axtarış-xilasetmə əməliyyatı 11 gündür davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işlərə 330-dan çox şəxsi heyət, 59 texnika, 23 su gəmisi və 12 pilotsuz uçuş aparatı cəlb olunub. Səs-səda aparatları, yerə nüfuz edən radarlar, aviasiya və it bölmələri də iştirak edir.
EC-145 hərbi helikopteri iyulun 25-də Almatı vilayətində planlaşdırılmış uçuş zamanı radarlardan itib.
İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub. Ekipajla əlaqə qəfil kəsilib, bundan sonra axtarış-xilasetmə əməliyyatları başlayıb.
Xuraman Etibarlı
İnterpress.az