Qazaxıstan ən zəngin arxivi olan kitabxananı rəqəmsallaşdırırbackend

Qazaxıstan ən zəngin arxivi olan kitabxananı rəqəmsallaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Milli Akademik Kitabxanası 1,5 milyon əsərini bütün dünyada əlçatan etmək üçün bir-bir rəqəmsallaşdırır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkənin ən zəngin arxivinə malik olan Astanadakı kitabxana həm ənənəvi, həm də müasir kitabxanaçılığı bir araya gətirir.

Ümumilikdə 1,5 milyon əsəri olan kitabxanada ölkənin yeganə rəqəmsal kitabxanası da fəaliyyət göstərir.

Hər gün 100-dən çox ölkədən insanlar 70 min əsərin pulsuz istifadəyə açıq olduğu rəqəmsal kitabxanaya (www.kazneb.kz) ziyarət edir.