Qazaxıstanın paytaxtı Astanada son 3 gündə yağan güclü qar səbəbindən təhsil dayandırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Astana güclü qarla mübarizə aparır, bir aylıq yağıntı iki gündə qeydə alınıb.
Paytaxt küçələrində və əsas küçələrdə qardan təmizləmə işləri aparılır.
Mindən çox texnika və 2000-dən çox rəsmi şəxs şəhəri qardan təmizləməyə çalışır. Güclü yağış səbəbindən nəqliyyatın yavaşladığı Astanada məktəblərdə distant təhsilə başlanılıb.
Astana Polis İdarəsi son 24 saat ərzində yollarda 144 yol-nəqliyyat hadisəsi baş verdiyini və iki nəfərin yaralandığını bildirib.
Paytaxtda yağan qarın sabaha qədər davam edəcəyi, aprelin 19-dan temperaturun qəfil yüksələcəyi açıqlanıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkədə 15 avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb.
Astanada Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında bəzi reyslərdə gecikmələr olub, burada da nəqliyyatda fasilələr yaranıb.