Qazaxıstanda iyul ayında 7 nəfər terrorizmə görə məhkum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, iyul ayında terrorizmin təbliği və xaricdə döyüş bölgələrinə getməyə cəhd etdiklərinə görə ölkənin Almatı, Jambıl, Qərbi Qazaxıstan vilayətlərində, eləcə də Almatı və Astana şəhərlərində 5 nəfər 4 ildən 8 ilədək həbs cəzasına məhkum olunub.
Bundan əlavə, Türküstanda bir nəfər xaricdə terror təşkilatının fəaliyyətində iştirak etdiyinə görə 8 il həbs cəzası alıb. O, xarici ölkə ərazisində saxlanılaraq Qazaxıstana deportasiya edilib.
Həmçinin, Almatı vilayətində cəzaçəkmə müəssisəsində radikal ideologiyanın tərəfdarı olan məhkum qətl cəhdinə və terrorizmin təbliğinə görə əlavə olaraq 9 il həbs cəzasına məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.az