Qazaxıstanda terror fəaliyyətində şübhəli bilinən 6 nəfər saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə qazax mediası Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Almatıda və ölkənin 3 vilayətində (Qaraqanda, Türküstan vilayətləri və Ulıtau) destruktiv dini cərəyan tərəfdarı olan 5 qazaxıstanlı və bir əcnəbini saxlayıb.
“Onlar nifrət və zorakılıq ideologiyasını, o cümlədən sosial şəbəkələr vasitəsilə yaymaqda şübhəli bilinirlər”, – idarənin məlumatında deyilir.
Həbslər zamanı maddi sübutlar, o cümlədən 3 hərbi qumbara götürülüb.
Xuraman Etibarlı
İnterpress.az