Qərb öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, ABŞ, Böyük Britaniya, Norveç, Belçika və Fransanın xarici işlər nazirlikləri İsrailin eskalasiyasından ehtiyat edərək öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Təl-Əviv Livanın “Hizbullah” hərəkatını işğal altındakı Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücumda ittiham edib. Hücum nəticəsində 12 nəfər həlak olub.
“Hizbullah” hücumda iştirakını rədd edərək, bunun İsrail tərəfindən qəsdən törədilmiş təxribat olduğunu iddia edir.
Maraqlıdır ki, bu ölkələrin heç biri İsrailin Livana qarşı ittihamlarına qoşulmayıb, insidentlə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edib.
Xuraman Etibarlı
İnterpress.az