Qərbin Daşkəndə təzyiqi Rusiya-Özbəkistan əlaqələrinə mane olmur – Malqinovbackend

Qərbin Daşkəndə təzyiqi Rusiya-Özbəkistan əlaqələrinə mane olmur – Malqinov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin Daşkəndə təzyiqi Rusiya-Özbəkistan əlaqələrinin möhkəmlənməsinə mane olmur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov “İzvestiya” qəzetinə bildirib.

Onun sözlərinə görə, Qərb Özbəkistanı ikinci dərəcəli sanksiyalarla hədələməklə iki ölkə arasında ənənəvi əlaqələri zəiflətməyə çalışır.

Buna baxmayaraq, Rusiya və Özbəkistan ticarət dövriyyəsinin artdığını və müxtəlif sənaye sahələrində iri layihələrin həyata keçirildiyini qeyd edib və əməkdaşlığı fəal şəkildə inkişaf etdirməkdə davam etdirdiklərini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az