QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilibbackend

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, toplantıda Elm və Təhsil Nazirliyi tərəfindən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron təlim kurslarının keçirilməsi ilə bağlı” qrant müsabiqələri çərçivəsində maliyyələşdirilməsi məqsədəmüvafiq hesab edilən layihələrə dair Agentlik tərəfindən rəyin bildirilməsi üçün təqdim edilən müraciətlərə baxılıb.

Müzakirələr zamanı irəli sürülmüş tövsiyələr sonrakı mərhələdə qərarların verilməsi üçün aidiyyəti üzrə Müşahidə Şurasına təqdim edilib.