Qırğızıstan və Türkiyə 10 milyard dollarlıq investisiya sazişi imzalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiye Gazetesi məlumat yayıb.
Qırğızıstanın Energetika Nazirliyi və Türkiyənin “İhlas Holding” şirkəti arasında iki su elektrik stansiyasının – Kazarman (912 MVt) və Kokomeren (1305 MVt) tikintisinə dair saziş imzalanıb.
Obyektlərin ümumi gücü 2217 meqavat olacaq ki, bu da tərəflərin fikrincə, regionun enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Müqavilə Türkiyəyə stansiyaların istismarı, istehsal olunan elektrik enerjisinin dövlət tərəfindən satın alınması, həmçinin mümkün mübahisələrin beynəlxalq arbitraj vasitəsilə həllinə 20 illik hüquq verir.
Xuraman Etibarlı
İnterpress.az