Qondarma rejim Bakının atacağı addımlardan narahatdırbackend

Qondarma rejim Bakının atacağı addımlardan narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin separatçılara xəbərdarlığından sonra qondarma rejim Bakının atacağı addımlardan narahatdır.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“Bir tərəfdən, Ermənistan, Rusiya və dünya ermənilərindən kömək istəyir, digər tərəfdən, Azərbaycan ordusunun “mülki erməniləri atəşə tutduğu” iddialarını tirajlayırlar.

Məsəd “ermənilərə hücum edən Azərbaycanın bayrağı altında yaşamağın təhlükəli” olduğunu göstərməkdir. Eyni iddiaları davam etdirəcəkləri, hətta sübut üçün təxribat edə biləcəkləri də gözləniləndir.

Hər keçən gün separatçılar üçün vəziyyətin çətinləşdiyi, Xankəndi ətrafında halqanın daraldığı da aydın görünür”, o bildirib.