Qubanın icra başçısı xəstəxana direktorunun cinayətinin aşkara çıxarılmasına niyə imkan vermir?backend

Qubanın icra başçısı xəstəxana direktorunun cinayətinin aşkara çıxarılmasına niyə imkan vermir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Sərvərov Əliyar Ənvər oğlunun qanunsuz hərəkətləri barədə, 2021-ci ilin sentyabr ayında Quba Rayon Prokurorluğuna daxil olan ərizələrə əsasən araşdırmalara başlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə gənc aktivist Fuad Muradov bildirib.

“Əsaslı faktlar olduğuna görə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması təşkil olunmuşdur. 4 aya qədər davam edən yoxlama nəticəsində rəsmi olaraq 1,6 milyon manatdan yuxarı mənimsəmə faktı ortaya çıxmışdır. Mənimsəmə külli miqdarda olduğuna görə iş, 18 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Lakin, cinayət işinin açılması və ya işin gedişatı barədə mətbuatda və ya Baş Prokurorluğun rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir. Məlumat almaq üçün rəsmi və şifahi müraciət olunsa da, cavab almaq mümkün deyil. Əliyar Sərvərovu, Quba RİH nin başçısı Ziyəddin Əliyev və rayonun digər yuxarı dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən müdafiə olunması, bu işin aşkara çıxmasına mane olur”, – o deyib.