Qurban Qurbanov: “Türkiyədə oynayacağımız üçün sevincliyik”backend

Qurban Qurbanov: “Türkiyədə oynayacağımız üçün sevincliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun II turunun ispaniya “Vilyarreal”ı ilə oyunu öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib. Növbəti matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.

“Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik”, – Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

İnterpress.az