Quterreş Suriyadakı müvəqqəti hökumətin atdığı addımları alqışlayıbbackend

Quterreş Suriyadakı müvəqqəti hökumətin atdığı addımları alqışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.

İnterpress.az xəbər verir ki, Quterreş Suriyanın müvəqqəti hökumətinin mülki insanları qorumaq öhdəliyini alqışlayıb.

“Mən Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”, – deyə o açıqlamasında deyib.

Suriyadakı mövcud hadisələr işığında Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyadakı müvəqqəti hökumətlə humanitar yardımı artırmaq üçün Dəməşqə göndərdiyini qeyd edib.