Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Antalyaya dəvət etdibackend

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Antalyaya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Siz dəyərli qardaşlarımı iyun ayında təşkil edəcəyimiz Antalya Diplomatiya forumuna xüsusilə dəvət edirəm”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə çıxışı zamanı bildirib.

“Forumumuz qlobal və regional məsələlər haqqında səmimi və hərtərəfli fikir mübadiləsi aparılmasına töhfə verəcəkdir. Hər birinizin iştirakından böyük məmnunluq duyacağıq”, – deyə Ərdoğan bildirib.

Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

 

İnterpress.az