İmkan olan kimi Qarabağa səfər etmək istərdim.
İnterpress.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
O, Slovakiyanın Qarabağla bağlı təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan liderinə təşəkkür edib:
“Mən imkan düşən kimi oraya səfər etmək istərdim. Ümid edirəm ki, siz də tez zamanda Slovakiyaya səfər edəcəksiniz. Eyni zamanda enerji sahəsində əməkdaşlıqda da maraqlıyıq, kiçik aerodrom sahəsi ilə də maraqlanırıq”.
Siz (Azərbaycan – red.) suveren ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Belə ölkələri hər zaman yüksək qiymətləndirirəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin”, – Baş nazir vurğulayıb.