“Roma” və “Mançester Yunayted”in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublarbackend

“Roma” və “Mançester Yunayted”in futbolçuları həftənin ən yaxşısı adına namizəd olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada Almaniyanın “Bayer” (Leverkuzen) klubundan Edmond Tapsoba, İngiltərə “Mançester Yunayted”indən Brunu Fernandeş, İtaliya “Roma”sından Paulo Dibala və Belçikanın “Yunion” komandasından Viktor Bonifase iddia edir.

Konfrans Liqasında isə namizədlər Niderlandın AZ kollektivindən Yesper Karlsson, İngiltərənin “Vest Hem” klubundan Maykl Antonio, Slovakiyanın “Slovan” (Bratislava) komandasından Vladimir Vayss və Polşa “Lex”indən Antonio Miliçdir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.