Rusiya güllə ixracını qadağan edibbackend

Rusiya güllə ixracını qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökuməti güllə ixracını müvəqqəti olaraq qadağan edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı fərmana əsasən, ölkədən güllə və gilizlərin ixracına məhdudiyyətlər qoyulub.

Fərmana əsasən, Rusiyanın güllə və giliz ixracı ilin sonuna qədər müvəqqəti olaraq qadağan edilsə də, qadağa Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün ixracı əhatə etməyəcək.

Ukrayna müharibəsi başlayandan bəri Rusiya müxtəlif məhsulların, xüsusilə enerji, müxtəlif əmtəə və texnoloji məhsulların ixracına məhdudiyyətlər qoyub.