Rusiya kəşfiyyatına məlumat ötürən ukraynalı mayor SAXLANILDIbackend

Rusiya kəşfiyyatına məlumat ötürən ukraynalı mayor SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna xüsusi xidmət orqanları Rusiya kəşfiyyatına bombardmançıların yeri barədə məlumat ötürən mayor rütbəli pilot-təlimatçını saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Ukrayna xüsusi xidmət orqanları Rusiya kəşfiyyatına F-16, “Mirage 2000” qırıcıları və Su-24 cəbhəboyu bombardmançıların yeri barədə məlumat ötürən mayor rütbəli pilot-təlimatçını saxlayıb.

Həmçinin bildirilir ki, saxlanılan şəxs ukraynalı pilotların kimliyi və hava hücumundan müdafiə sistemlərindən necə yan keçmək barədə məlumat verib.

Xuraman Etibarlı

İnterpress.az