Rusiya neft ixracı təhlükə altındadır. Yunan tankerləri “Urals” daşımalarından imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Nəşr bildirir ki, Rusiyanın neft ixracının üçdə biri risk altındadır. Yunanıstan tankerləri ABŞ sanksiyalarına görə “Urals” neftini daşımaqdan imtina edir.
ABŞ-nin sərtləşdirilmiş sanksiyalarından sonra yunan tankerləri Rusiya neftinin daşınmasını dayandırıb.
Bu, Rusiyanın Qərb limanlarından ixrac etdiyi neftin təxminən üçdə birinə təsir edir.
Hazırda daşımaları əsasən “kölgə donanması” həyata keçirir, fraxt haqları isə rekord səviyyəyə qalxıb.
Xuraman Etibarlı
İnterpress.az






