Rusiya noyabrda keçiriləcək növbəti Sülh Sammitinə dəvət olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib. Zelenski deyib ki, o, bu ay Baydenlə görüşərək “Rusiya üzərində qələbə planını” təqdim edəcək.
Bundan əlavə, Zelenski öz əraziləri üzərində hədəfləri vurmayan tərəfdaşları tənqid edib.
“indiyə qədər yalnız Belarus rus “Şahed”lərini vurub”, – o qeyd edib.
Onun bu sözləri gülüşə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az