Zəngəzur dəhlizinin açılmamamsının arxasında Rusiya faktoru var”.
Bu sözləri son günlər Ermənistan tərəfinin törətdiyi təxribatları dəyərləndirən politoloq Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən insidentlər bir neçə məsələnin hələ də aktual olduğunu göstərir:
“Məlum təxribatlara yol açan amillərdən biri 10 noyabr 2020-ci il bəyannaməsinə Rusiya və Ermənistan tərəfindən əməl edilməməsi və erməni terrorçularının hələ də Qarabağda saxlanılmasıdır. Rus “sülhməramlıları”nın əsas məqsədi sabitliyi deyil, erməniləri qorumaqdır. Çünki Rusiya üçün Qarabağda qalıcı barışdan daha çox qalıcı münaqişənin olması daha məqsədəuyğundur.
Xankəndidə terrorçu və qondarma rejmi saxlamaq Rusiyanın digər bölgələrdə olduğu kimi, Qarabağda da separatçılığa və terrorçuluğa dəstək vermək arzusunda olduğunu göstərir. Həmçinin Azərbaycanın Türkiyə və digər dövlətlərlə yaxınlaşması Rusiyanı həddən artıq narahat edir. Eyni zamanda heç bir təzyiq və təsirlərə baxmayaraq, Azərbaycan tərəfinin Qarabağda anti-terror əməliyyatları keçirməsi Moskvanı qıcıqlandırır.
Rusiya Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsini istəmir. Bütün bu qeyd etdiklərimi ümumiləşdirərək onu deyə bilərəm ki, Rusiyanın atdığı addımlar Cənubi Qafqazla, xüsusilə də Qarabağla bağlı niyyətlərinin heç də saf olmadığını açıq göstərir. Rusiya özünün Cənubi Qafqazda varlığını qorumaq üçün daimi münaqişə tərəfdarıdır. Proseslər göstərir ki, II Qarabağ savaşının bitməsindən 1 il keçməsinə baxmayaraq Zəngəzur dəhlizinin açılmamamsının da arxasında Rusiya faktoru olduğu görünür. Hesab edirəm ki, əgər rus “sülhməramlıları” müqabilənin şərtlərinə əməl etməsə, Azərbaycanın Laçın dəhlizini bağlaması tam adekvat addım hesab edilə bilər”.
Gülşən