Rusiya qüvvələri Xerson vilayətini 34 dəfə bombalayıbbackend

Rusiya qüvvələri Xerson vilayətini 34 dəfə bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rusiya qüvvələri ötən gün Xerson vilayətini 34 dəfə bombalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Xerson rayonunun hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç danışıb.

Onun sözlərinə görə, düşmən mülki infrastrukturu və yerli sakinləri hədəf almaqda davam edir.

“Xersonun yaşayış məntəqələri yenidən düşmən atəşinə məruz qalıb. Artilleriya mərmiləri fərdi evləri və hündürmərtəbəli yaşayış binalarını dağıdıb. Ruslar Zelenovka, Tokarevka, Antonovka, Novotiaginka və Dariyevkaya atəş açıblar. Matrosovka və Kaçkarovkanı isə bombalayıblar” – Yanuşeviç bildirib.

Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.