Rusiya Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya 24” telekanalında bildirib. O deyib ki, Rusiya İranı, İsraili və digərlərini Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
“Rusiya münaqişə tərəflərini Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Bizim çağırışımız çox sadədir – hərbi əməliyyatları dərhal dayandırmağın vaxtıdır”, – səfir deyib.
Xuraman Etibarlı
İnterpress.az