Rusiyada 352 min Qırğızıstan vətəndaşı rəsmi qeydiyyatdadır.
İnterpress.az xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiyada 352 min Qırğızıstan vətəndaşı rəsmi qeydiyyatdan keçib.
Onlar tərəfindən ümumilikdə 680 min əmək müqaviləsi bağlanıb ki, bu da bəzi şəxslərin bir neçə müqaviləyə sahib olması və uzaqdan işləməsi ilə əlaqədardır.
Nazirlik həmçinin bildirib ki, hazırda Rusiyada azadlıqdan məhrumetmə müəssisələrində 1 347 Qırğızıstan vətəndaşı saxlanılır.
XİN cinayət statistikası ilə bağlı narahatlığını ifadə edərək qeyd edib ki, bu ilin ilk rübündə Qırğızıstan vətəndaşları Rusiyada 1 429 cinayət törədib.
Qurum 10 sentyabra qədər leqallaşma prosedurundan keçməyən təxminən 91 min Qırğızıstan vətəndaşının ölkədən çıxarıla biləcəyini xəbərdarlıq edib.
Xuraman Etibarlı
İnterpress.az